Polis əməkdaşları axtarışda olan şəxsi hava limanında saxlayıblar.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Bakıda Beynəlxalq Hava Limanı ərazisində Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan Nəsib Mehdiyevi saxlayıblar.
O, araşdırma aparılması üçün Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.