Modern.az

Polis Lerikdə əməliyyat keçirdi - Narkokuryerlər saxlanıldı

Polis Lerikdə əməliyyat keçirdi - Narkokuryerlər saxlanıldı

Aktual

17 May 2024, 11:10

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakinləri Aqil Məmişov və Nurlan Bayramov saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, onlardan 1 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı