Modern.az

Məscid və ziyarətgahlarda qanvermə aksiyası keçiriləcək - YERLƏR

Məscid və ziyarətgahlarda qanvermə aksiyası keçiriləcək - YERLƏR

6 Noyabr 2013, 12:25

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayı ilə əlaqədar qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb. 

QMİ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qanvermə aksiyası Bakıda Təzə-pir, Hacı Soltanəli, Hacı Əjdərbəy, Bibi-Heybət, İçəri-şəhər Cümə, Qaraçuxur məscidlərində, eləcə də Mir Mövsüm ağa ziyarətgah məscidi, Keşlə qəsəbə məscidində təşkil olunacaq.

Qanvermə aksiyası, həmçinin Sumqayıt şəhər Cümə məscidi, Gəncə şəhər İmamzadə ziyarətgah məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki Cümə məscidi, Lənkəran Böyük bazar məscidi və Bərdə Cümə məscidi və Nəsimi rayonHacı Əjdərbəy məscidində keçiriləcək.

Modern.az

         
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı