Modern.az

“Kapital Bank”dan Daşkəsəndəki cinayət işi ilə bağlı AÇIQLAMA

“Kapital Bank”dan Daşkəsəndəki cinayət işi ilə bağlı AÇIQLAMA

6 Noyabr 2013, 12:42

“KapitalBank”ın Daşkəsən rayon filialının bir neçə əməkdaşı barədə açılmış cinayət işinin istintaqının yekunlaşması barədə yayılan məlumatlara Bankın mətbuat xidmətindən də münasibət bildirilib.

Mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, filialın fəaliyyətində yol verilmiş pozuntu halları 2012-ci ildə burada keçirilmiş yoxlama zamanı “KapitalBank” ASC-nin auditorları tərəfindən aşkar olunub.

”Müştərilərin mənafeyi öndə tutularaq, ilk növbədə, onlara dəymiş zərərlər ödənib. Eyni zamanda vəzifələrindən sui-istifadə etmiş şəxslər barədə hüquqi ölçü götürülməsi məqsədilə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilib”.

Mətbuat xidmətindən o da bildirilib ki, “KapitalBank”da bu cür əməliyyat risklərinin minimuma endirilməsi məqsədilə mütəmadi tədbirlər görülür. Bu sahədə tətbiq edilən mexanizmlər dünya təcrübəsinə uyğun təkmilləşdirilir.

Baş Prokurorluğun məlumatına görə, Rövşən Rəhimov 2009-2012-ci illərdə "Kapital Bank" ASC-nin Daşkəsən rayon filialının müdiri vəzifəsində işləyərkən ayrı-ayrı şəxslərin 61.7 min manat məbləğində əmlakın mənimsəyərək dələduzluq edib. Ona Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
İstintaq zamanı həmçinin bankın Kredit-iqtisad bölməsinin mütəxəssisləri Bəsti Mustafayeva, Emil İsayev və Seymur Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində kifayət qədər şübhələr olduğundan onlara da Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.
İş üzrə istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı