Modern.az

Kommunal xidmət bahalaşsa, aqrar sahə çökəcək-DEPUTATDAN HƏYACAN TƏBİLİ

 Kommunal xidmət bahalaşsa, aqrar sahə çökəcək-DEPUTATDAN HƏYACAN TƏBİLİ

6 Noyabr 2013, 12:45

"Kommunal xərclərin artması kənd təsərrüfatını çökürdə bilər". Bunu deputat Fəzail Ağamalı bu gün Milli Məclisdə büdcə müzakirələri zamanı deyib.

O qeyd edib ki, əgər gələn il kommunal xərclər artacaqsa və bu, kənd təsəsrrüfatı məhsulları istehsal edən müəsissələrə aid ediləcəksə, onların dizi qırılacaq: “Onda burada inkişafından danışmaq olmaz. Hesab edirəm ki, kənd təsərrüfatı emal müəsissələri vergilərdən azad edilməlidir. Emal-istehsal müəsisəsləri isə qaz, su, və işığın ödənilməsində mümkündürsə azad edilsin və ya qismən azaldılsın ki, kənd təsərrüfatının stimullaşdırılmasına kömək olsun. Ümumdünya Tcarət Təşkilatına niyə üzv olmuruq. Əgər üzv olsaydıq ki, bu gün Rusiya bazarlarına çıxmamaq bizə bu dərəcədə baha başa gəlməzdi. Rusiyadan asılılığımız azalardı və məhsullarımız dünya bazarlarına çıxardı. Biz bu prosesə qoşulmağımızı tezləşdirməliyik”. Deputat qeyd edib ki, ucqar kəndlərdə işləyən müəllimlərə müəyyən imtiyazlar verilir: “Onlar orada ailə qurub, torpaq almaq istəyir, amma buna nail ola bilmirlər. Bu da diqqətdə saxlanmalıdır. Salyan rayonunda prezident seçkiləri dövründə rastlaşdığım hadisə- iki gənc Salyanın ucqar kəndində müəllim işləməyə gedib, torpaq almaq istəyir, amma ala bilmirlər. 2013-cü ildə məktəbi bitirənlərin 20 min nəfəri peşə məktəblərinə daxil olub. Çox adam isə buna nail ola bilməyib. Səbəb isə peşə məktəblərin sayının azlığıdır. Bu gün regionlarda peşə məktəbləri demək olar ki, yoxdur. Regionlarda məhsul yetişdirilməsində ixtisaslaşdırlamalar gedir buna uyğun həmin rayonlardA Texniki Peşə Məktəblərinin sayini artirib gəncləri bura cəlb etmək yaxşi olardı. Kənd təsərrüfati məhsullarının ixrac məsələsi elə acınaqlı vəzityətdədir ki, istehsalçılar məhsullarını xaricə çıxarda bilmir. Rusiyada gömrükdə qiymətin artırılması onların məhsulun ora aparılmasına mane olması ilə nəticələnir. Insanların məhsulları əllərində qalır”.   Aytən ƏLİYEVA  
Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı