Modern.az

Arif Rəhİmzadə: “Bələdiyyələr günah orqanı kimi yaradılıbsa...”

Arif Rəhİmzadə: “Bələdiyyələr günah orqanı kimi yaradılıbsa...”

6 Noyabr 2013, 12:56

Bu gün Milli Məclisdə büdcə müzkirələri zamanı regional komitənin sədri Arif Rəhimzadə bələdiyyələrlə bağlı danışıb.

O bildirib ki, bələdiyyələri bir günah orqanı kimi yaratmışıqsa, nəzərə alsaq ki, yerli özünü darəetmə dövlətin önəmli strukturudur, biz gərək buna diqqət ayıraq. “Deyəcəklər ki, büdcənin bələdiyyələrə qarşı öhdəliiyi yoxdur, onlara yetərli səlahiyyət verilib və bununla özlərini təmin etməlidir. Amma gəlin görək ki, onlar bu səlahaiyyətlərdən istiafdə edə bilirlərmi. Bu gün bələdiyyələr torpaqlardan istifadə səlahiyyətlərini əllərinə ala bilməyiblər. Bununla əlaqədar vergi məsələlərini həll edə bilmir və s.

Nəticədə bələdiyyələrin büdcəsi 30-35 milyon manat təşkil edir. Bu rəqəm dotasiya da daxil olmaqladır. 5,2 dotasiyanın verilməsi o deməkdir ki, 1716 bələdiyyənin hər birinə 3000 min manat çatır. Bəzi rəhbərliklər var ki, bələdiyyələrə torpaqlarını düzgn ayırmır və xəritəsini düzgün vermir ki, onalr da torpaqlardan düzgün istifadə etsin. İldə iki kino çəkilir bunun üçün 5 milyon ayrılır, bütün ölkəni əhatə edən bələdiyyələrə də eyni vəsait ayrılır”.

Aytən ƏLİYEVA

 
Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı