“Bu gün elm və təhsilin inkişafı Azərbaycanda lazımi sıviyyədədir”. Bu sözləri Milli Məclisdə büdcə müzakirələri zamanı Bakı Dövlət universitetinin rektoru, akademik, millət vəkili Abel Məhərrəmov deyib.
O qeyd edib ki, bu gün onun rəhbərlik etdiyi universitetin yataqxanasında bir tələbə qalmır: “Amma BDU-dan tələb edirlər ki, dünyanın bir nömrəli universiteti olsun. Maliyyə Nazirliyi şərait yaradıb, işlərə başlamışıq, bir hissə sökülüb, yol bağlanıb. çətin vəziyyət yaranıb. Bunun reallaşdırılması mexanizmi bir qədər çətindir. Biz yataqxana meyarına görə bu problemi həll etsək, reytinqli universitetlər sırasında 500-cı yerdə olarıq. Bu problem məni ciddi narahat edir”. Aytən ƏLİYEVA