Modern.az

Deputat böyrək xəstələrinin müdafiəsinə qalxdı

Deputat böyrək xəstələrinin müdafiəsinə qalxdı

6 Noyabr 2013, 13:24

“Gələn ilin dövlət büdcəsində böyrək köçürmə əməliyyatına ehtiyacı olan dialezli xəstələrin əməliyyat xərclərinin dövlət tərəfindən ödənilsə daha yaxşı olar”. Modern. az xəbər verir ki, bu sözləri bu gün parlamentin komitə iclasında  müzakirələr  zamanı millət vəkili Qənirə Paşayeva deyib. Deputa bildirib ki, bu gün xroniki böyrək çatışmazlığından əziyyət çəkən və dialezə ehtiyacı olan şəxslərə dövlət tərəfindən böyük dəstək göstərilir və gələn il büdcəsində bu sahəyə vəsaitin daha da artırılmasının büdcə zərfində nəzərdə tutulması çox müsbət haldır. “İnsanların dövlət hesabına pulsuz dialez almaq imkanına malik olması çox müsbət və önəmli məsələdir. Amma uzun illər dialezlə yaşamaq xəstələr üçün çox çətindir, bəzilərinin səhhəti daha da pisləşir. Bu problemin ən yaxşı həll yolu böyrək köçürmə əməliyyatının həyata keçirilməsidir. Böyrək köçürmə əməliyyatı isə ucuz deyil, təxminən 10-12 min manat arasındadır. Dövlət bir dialezli xəstənin pulsuz dialez ala bilməsi üçün ildə 16 min manat sərf edir, yəni böyrək köçürmə əməliyyatı xərcləri 1 illik dialez xərclərindən daha ucuzdur”. Qənirə Paşayeva onu da qeyd edib ki, dialez xəstələri illərlə dialezlə yaşamağa məhkumdurlar, onlara pulsuz böyrək köçürmə əməliyyatının həyata keçirilməsi həm xəstələrin sağlamlıqlarına tam şəkildə qovuşması üçün önəmli olduğu kimi, dövlət büdcəsi üçün daha az vəsait sərf etməklə, xəstələrə daha çox və daha yaxşı kömək etmək imkanı verər. “2011-2015-ci illərdə xroniki böyrək xəstələrə dəstəklə bağlı proqramda böyrək köçürmə əməliyyatını istəyən və donor tapan xəstələrə bu əməliyyat pulsuz aparılsın. Daha doğrusu, onların illərlə dialezinə yönləndirilən vəsaitin bir hissəsi ilə bu proses həyata keçsin”. Xroniki böyrək xəstələri arasında bu təkliflə ona müraciət edənlərin olduğunu deyən millət vəkili bildirib ki, “bu təklifin reallaşması yüzlərlə ailənin sevincinə səbəb ola bilər və ölkəmizin bu cür xəstələrə qayğısının bir daha göstərər”.  

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı