Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında
noyabrın 7-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, axşam buludluluğun artacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.
Modern.az