Modern.az

Deputat Xocalıda hər iki valideynini itirmiş şəxslərin problemini qaldırdı

Deputat Xocalıda hər iki valideynini itirmiş şəxslərin problemini qaldırdı

6 Noyabr 2013, 13:45

Modern.az xəbər verir ki, Milli Məclin 6 komitəsinin birgə keçirilən iclasında deputat Rövşən Rzayev Xocalıda uşaqkən hər iki valideynini itirmiş gənclərin mənzil problemini qaldırıb. O qeyd edib ki, toplantıda Qarabağ əlillərinə ev verilməsindən danışılır, amma həmin gənclərin də vəziyyəti acınacaqlıdır.
“Biz hər iki valideynini itirmiş həmin 25 nəfərlə görüşürük. Onlara ev verilməsi məsələsi gündəmə gətirilmişdi, amma yarımçıq qaldı. Xahiş edirəm ki, bu məsələ gündəmdə saxlanılsın və onlar mənzillə təmin edilsin”.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı