Modern.az

Müdafiə Nazirliyinin daha bir idarə rəisi İŞDƏN ÇIXARILDI

Müdafiə Nazirliyinin daha bir idarə rəisi İŞDƏN ÇIXARILDI

Ölkə

18 May 2024, 19:49

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

 

Qeyd edək ki, Nəriman Cabbarov hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovdan sonra bir müddət həmin vəzifəni icra edib, sonra isə nazirin əmri ilə adıçəkilən idarəyə rəis təyin olunub.

 

MN-dəki 143 milyonluq cinayət işində Nəriman Cabbarovun adı keçib və polkovnik məhkəmədə şahid qismində dindirilib.

 

Qeyd edək ki, xəbəri ilk "unikal.az" saytı yayıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi