“Universitetlər özünümaliyyələşdirmə haqda düşünməlidir”. Modern.az-ın məlumatına görə, bunu noyabrın 6-da Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib. Ali təhsilin maliyyələşdirilməsi ilə bağlı məsələlərə toxunan nazir bildirib ki, burada struktur dəyişikliyi olub. Əgər əvvəllər maliyyə birbaşa universitetlərə verilirdisə, indi bu Təhsil Nazirliyinə verilir. Buradan isə dövlət hesabına oxuyan tələbələrin adambaşına düşən hissəsi maliyyələşdirilir və həmin vəsait konkret olaraq universitetlərə köçürülür.
”Amma onu demək istərdim ki, universitetlər inkişaf etmək üçün özlərinə maliyyə muxtariyyəti tələb edirlər. Onlara bu şəraiti yaratmışıq. Hesab edirəm ki, universitetlər öz inkişafını təmin etmək üçün xüsusi maliyyə menecerləri ilə təmin olunmalıdır ki, onlar gələcəkdə özünün hansı formada maliyyələşdirməyi tapa bilsinlər”.
Maliyyə naziri qeyd edib ki, xaricdən gələn tələbələrin Azərbaycanda oxuması üçün hazırlıq işləri görülməlidir. “Dövlətlərə sazişlər əsasında xaricdə oxuyur və o dövlətlərdən gələn tələbələrin təhsil haqqı, yaşayışını Azərbaycan öz üzərinə götürür. Hüquqi çərçivə olarsa, xaricdən gələn tələbələrin Azərbaycanda oxuması və onların maliyyələşməsi məsələsinə baxmaq olar”.
Modern.az