Modern.az-ın xəbərinə görə, Təhsil Nazirliyində 2012-2013-cü dərs ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri əsasında müvafiq tədqiqat aparılıb.
Tədqiqat Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini (ümumi təhsil məktəblərinin nəzdindəki qiyabi qruplar nəzərə alınmayıb), Təhsil Nazirliyinə tabe məktəbləri və ali məktəblərin nəzdində fəaliyyət göstərən məktəbləri əhatə edib. 336 məktəb haqqında toplanılmış məlumat əsasında tədqiqatın hesabatı hazırlanlb.
Aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq, Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin reytinq siyahısını hazırlayıb. Hazırlanmış reytinq siyahısında Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2012-2013-cü və 2011-2012-ci dərs ili üzrə nəticələrinin müqayisəli təhlili də öz əksini tapıb.
Bakıdakı orta məktəblərin reytinq siyahısı ilə buradan tanış olmaq mümkündür.
Modern.az