Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud xəstəxanaya yerləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi agentliyi məlumat yayıb.
O, tibbi müayinədən keçmək üçün Ciddədəki klinikaya köçürülüb. 89 yaşlı kralda qızdırma və oynaq ağrıları olduğu bildirilir.
Qeyd edək ki, Salman bin Əbdüləziz Əl Səud 31 dekabr 1935-ci ildə Ər-Riyadda kral Əbdüləziz Əl Səudun 25-ci oğlu olaraq anadan olub. 2011-ci ilin noyabrında o, Səudiyyə Ərəbistanının müdafiə naziri təyin edilib və 2015-ci ilin yanvarında kral taxtına çıxıb. O, dünyanın ən yaşlı monarxı hesab edilir.