Modern.az

Türkiyə İrandakı hadisələri diqqətlə izləyir

Türkiyə İrandakı hadisələri diqqətlə izləyir

Dünya

19 May 2024, 21:54

Türkiyənin Xarici İşlər Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəza enişi etməsi xəbəri ilə bağlı açıqlama yayıb.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin “X”dəki hesabında paylaşım edilib.

 

Açıqlamada deyilir  ki, Türkiyə İranda helikopter qəzası ilə bağlı xəbərləri üzüntü ilə izləyir.

 

“Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla İran rəsmilərinin sağ-salamat olduqlarına ümid edir və qardaş İran xalqına keçmiş olsun deyirik. Axtarış-xilasetmə fəaliyyətlərinə hər cür dəstəyin göstərilməsi üçün tədbirlər görülür”, - Türkiyə XİN bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama