Modern.az

Rəisinin helikopteri qəza nəticəsində tamamilə YANIB

Rəisinin helikopteri qəza nəticəsində tamamilə YANIB

20 May 2024, 07:18

İran Prezidenti İbrahim Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb.

 

Modern.az xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında deyib.

 

"Helikopterin qalıqları tapıldı, biz helikopterə doğru irəliləyirik. Hava şəraiti yaxşı deyil", - deyə o bildirib.

 

İran mediası artıq qəzaya uğramış helikopterin qalıqlarının ilk fotolarını yayıb.

 

"Reuters" yerli rəsmilərə istinadən bildirib ki, Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb.

 

"İran Prezidenti Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb", - deyə adı açıqlanmayan mənbə qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama