Modern.az

Cəmil Həsənlinin bacısı oğlu işdən çıxarılıb?

Cəmil Həsənlinin bacısı oğlu işdən çıxarılıb?

6 Noyabr 2013, 15:22


Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin Bakı Dövlət Universitetinin tarix fakültəsində işləyən bacısı oğlu Nəsimi Rzayev işdən çıxarılıb.

Bu barədə "musavat.com"a universitetdəki mənbələrdən məlumat daxil olub. Onun işdən çıxarılmasının səbəbinin dayısı C.Həsənlinin siyasi mövqeyi ilə bağlı olduğu bildirilir. Mənbənin bildirdiyinə görə, N.Rzayevin qanunsuz işdən azad edilməsindən fakültənin müəllimləri narazı qalıb, etiraz ediblər, ancaq fakültənin dekanı göstərişin yuxarıdan gəldiyini bildirib.

Məsələ ilə bağlı BDU-nun Tarix fakültəsinin dekanı Azad Rzayev ilə əlaqə saxladıq. O bildirdi ki, Nəsimi Rzayevin işdən azad edilməsi xəbəri yanlışdır:  "Fakültənin dekanı mənəm, müəllim işdən çıxarılır və mənim heç nədən xəbərim yoxdur? Ortada heç bir rəsmi sənəd, şikayət yoxdur. Ona görə də heç bir işdən çıxarılmadan söhbət gedə bilməz.

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı