Türkiyənin AKINCI pilotsuz uçan aparatı (PUA) səhər saatlarında İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğradığı ərazidə axtarışlara qoşulub.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, PUA qəzanın baş verdiyi ehtimal edilən mənbəni müəyyən edib və onun koordinatlarını İran hökuməti ilə bölüşüb.
Qeyd edək ki, Rəisini daşıyan helikopter qəzaya uğradıqdan sonra Türkiyə Milli Müdafiə Nazirliyi axtarış fəaliyyətlərində iştirak etmək üçün AKINCI PUA və gecəgörmə qabiliyyətinə malik "Cougar" tipli helikopter təyin edib.