“Ali təhsil müəssisələrinin əsas vəzifəsi tədris istiqamətlərini göstərməkdir”. Modern.az-ın məlumatına görə, bu sözləri deyən maliyyə nazir Samir Şərifov qeyd edib ki, ali məktəblərdə çalışanların elmi fəaliyyətini dəstəkləmək üçün dövlət başqa mexanizm yaradıb ki, bu da Elmin İnkişafı Fondudur (EİF).
“EİF-in təşkil etdiyi müsabiqələrdə qrant müsabiqələrində AMEA üzvləri də iştirak ediblər. Elmin inkişafı üçün növbəti ildə 8 milyon manat vəsait ayrılır. Bunu dəqiqləşdirmək lazımdır ki, bu vəsaiti ya universitetlərə verək, yaxud AMEA-ya. Müəllimlərin əməkhaqqısı 250 manat səviyyəsindədir. Təhsil strategiyasında bu sahədə köklü dəyişiklərin edilməsi nəzərdə tutulub. Təhsil sahəsində aparılan islahatlar müəllimlərin əmək haqlarının artmasına gətirib çıxarda bilər”, – deyə nazir bildirib.