Modern.az

Paşinyan İrana başsağlığı verdi

Paşinyan İrana başsağlığı verdi

Dünya

20 May 2024, 09:26

Ermənistan Baş naziri Nikol Paşinyan İran prezidenti İbrahim Rəisinin vəfatı ilə əlaqədar ölkənin ali lideri Əli Xameneyiyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

 

"Ermənistan Respublikasının hökuməti və xalqı adından əziz dostum və həmkarım Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və onları müşayiət edən şəxslərin faciəvi ölümü ilə əlaqədar səmimi başsağlığımı bildirirəm", - teleqramda deyilir.

 

Ermənistanın baş naziri İran hökumətinə və xalqına güc və əzm arzulayıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama