Modern.az

Polis Ağcabədidə əməliyyatlar keçirdi

Polis Ağcabədidə əməliyyatlar keçirdi

Aktual

20 May 2024, 09:30

Polis Ağcabədidə əməliyyatlar keçirib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mürsəl Nuruzadə saxlanılıb. Ondan 1 kiloqrama yaxın metamfetamin aşkarlanıb.

 

Son 1 ay ərzində Ağcabədidə keçirilən tədbirlərlə narkotiklərlə əlaqəli daha 20 nəfər saxlanılıb.

 

Həmin şəxslərdən biri - Vasif Əlizadənin rayon ərazisində 620 metr uzunluğunda optik rabitə kabelini oğurlayaraq satdığı da müəyyən edilib. Oğurlanan kabellərin bir qismi maddi sübut kimi həmin şəxsdən götürülüb.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU