Modern.az

Sloveniyada Mehdi Hüseynzadənin xatirəsi anılıb

Sloveniyada Mehdi Hüseynzadənin xatirəsi anılıb

Təhsil

6 Noyabr 2013, 15:58

Modern.az xəbər verir ki, noyabrın 1-də Azərbaycan Respublikasının Sloveniyadakı diplomatik nümayəndəliyi tərəfindən Nova Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin və orada dəfn olunmuş digər azərbaycanlı zabit və əsgərlərin əziz xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

Mərasimdə Sloveniyanın hökumət nümayəndələri, millət vəkilləri, Nova Qoritsa şəhərinin meri və Sloveniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və hərbi attaşelər iştirak ediblər.Azərbaycan Respublikasının Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev mərasim iştirakçılarına Mehdi Hüseynzadənin həyat yolu və faşizmə qarşı mübarizədə canından keçmiş Azərbaycanın oğul və qızları haqqında məlumat verib. Mərasim çərçivəsində azərbaycanlı zabit və əsgərlərin məzarları üzərinə əklillər qoyulmuş və onların əziz xatirəsi anılıb. Azərbaycan Respublikasının Avstriya, Slovakiya və Sloveniyadakı
Səfirliyi və Sloveniya Respublikasının Müdafiə nazirliyi 20 dekabr tarixində İkinci Dünya Müharibəsi zamanı Sloveniya torpaqlarının azadlığı uğrunda alman-faşizminə qarşı döyüşən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyinin keçirilməsinə dair birgə qərara  gəlinib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı