Modern.az

İcra başçısı Bakı və Sumqayıtda köçkünlərlə görüşüb

İcra başçısı Bakı və Sumqayıtda köçkünlərlə görüşüb

6 Noyabr 2013, 15:54


Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bu rayondan olan məcburi köçkünlərin sıx məskunlaşdığı Bakı və Sumqayıt şəhərlərində görüşlər keçirib.

Alı Alıyev rayondan kənarda məskunlaşmış məcburi köçkünlərlə bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlardan danışıb.

Görüş zamanı rayondan olan məcburi köçkünlərin müraciətləri dinlənilib. Rayon sakinləri tərəfindən qaldırılan məsələlərin əksəriyyəti icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Qeyd olunub ki, hər bir vəzifəli şəxs dövlət başçısından bu məsələdə nümunə götürməli, vətəndaşların müraciətlərinə diqqətlə yanaşmalı, onların problemlərinin həlli üçün səy və bacarıqlarını səfərbər etməlidir. Alı Alıyev həmçinin rayon ərazisində görülmüş işlər, qarşıda duran vəzifələr barədə də məlumat vermişdir. Bildirib ki, son illər rayonda abadlıq, tikinti-quruculuq işləri geniş vüsət alıb. Hazırda Horadiz şəhərində Milli Qəhrəmanlar Parkı, 10 hektar ərazidə Bayraq Meydanı, Soyqırım Qurbanlarının Abidə Kompleksi, 2 yeni küçənin salınması, işıqlandırma sisteminin yeraltı kabel sisteminə keçirilməsi, boulinq zalının tikinti işləri aparılır, bu günlərdə isə Heydər Əliyev Fondunun dəstəyi ilə şəhərdə 100 yerlik uşaq bağçası, 120 nəfəri işlə təmin edəcək tikiş sexi, Tarix-Diyarşünaslıq Muzeyi, Veteranlar evinin tikintisinə başlanıb.
Görüşün sonunda məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Modern.az

 

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı