Modern.az

Bakıda 3 qadını bıçaqlayan şəxs tutuldu

Bakıda 3 qadını bıçaqlayan şəxs tutuldu

Hadisə

20 May 2024, 12:07

Bakı şəhəri, Sabunçu rayonunda evdə üç qadına xəsarət yetiriblər.

 

Modern.az xəbər verir ki, mayın 17-də Sabunçu qəsəbəsində evlərdən birində 2006-cı il, 2005-ci il və 1963-cü il təvəllüdlü 3 qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Elnur Əliyev saxlanılıb.

 

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!