Modern.az

“Ərzaqlar bahalaşacaq” - İqtisadçılar indidən 2014-ə proqnoz verir

“Ərzaqlar bahalaşacaq” - İqtisadçılar indidən 2014-ə proqnoz verir

6 Noyabr 2013, 16:28


Kommunal xərclərin artırılacağı ilə bağlı maliyyə naziri Samir Şərifovun açıqlamasından sonra indi hər kəs Tarif Şurasının verəcəyi qərarı səbirsizliklə gözləyir. İqtisadçılar isə hesab edir ki, kommunal xərclərin artacağı halda istehlak bazarında da qiymət artımı baş verəcək. 

İqtisadçı Qubad İbadoğlu Modern.az-a bildirib ki, qiymət siyasəti birbaşa bazardakı qiymətlərə də təsir edir. “Ərzaq qiymətlərinin bahalaşmasının əsas elementlərindən biri də məhz xərc elementidir. Ona görə də yanacaq-energetika sahəsindəki qiymət artımından söhbət gedirsə, deməli, ərzaq qiymətlərində artırıcı təsiri olacaq. Çörəyin qiymətində elə də artım olmayacaq. Çünki çörək strateji məhsul olduğundan hökumət çörəyin qiymətinə müdaxilə edir. Onun stabil qalmasına çalışır. Daşınma xərcləri artdıqca sahibkar həmin xərcləri daşıdığı məhsulun üzərinə qoyur. Belə olan halda isə bu həmin xərcləri istehlakçılardan götürürlər. Bu da qiymət bahalaşmasını qaçılmaz edir”.

Qiymət artımı ilə maaş arasında əlaqə olduğunu deyən ekspert bildirdi ki, alıcılıq qabiliyyətinin artması tələbatı artırır. Bu səbəbdən də maaşlarda artım olduqda bəzi xidmətlərdə qiymət artımı müşahidə olunur. “Təbii ki, maaşların artımı ilə qiymət bahalaşması arasında əlaqə var. Çünki əməkhaqları artanda əhalinin alıcılıq qabiliyyəti artır. Mala, məhsula, xidmətə tələbatın yüksəlməsi qiymət artımını şərtləndirir. Bundan başqa müəyyən monopoliya və süni qiymət artımları olduğundan Azərbaycanda bu qiymət artımı daha tez hiss olunur”.  

Gültəkin ƏLƏSGƏR 
     
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı