Modern.az

Sahibə Qafarova iranlı həmkarına başsağlığı verdi

Sahibə Qafarova iranlı həmkarına başsağlığı verdi

20 May 2024, 12:48

Milli Məclisin sədri Sahibə Qafarova İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib.

 

Bu barədə Modern.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Spiker ağır itki ilə əlaqədar Məhəmməd Baqer Qalibafa, həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına səbir və dözüm diləyib, öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri