Modern.az

Nazir 6 rayonun şikayətçilərini qəbul edəcək

Nazir 6 rayonun şikayətçilərini qəbul edəcək

6 Noyabr 2013, 16:49

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 15 noyabr 2013-cü il tarixdə Nazirliyin Qax rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu rayonun, eləcə də Oğuz, Qəbələ, Şəki, Balakən və Zaqatala rayonlarının sakinləri üçün qəbul keçirəcək.

“Qəbulda iştirak edəcək vətəndaşların Nazirliyin həmin rayon üzrə Əhalinin sosial müdafiə mərkəzlərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Qax rayonuna aparılıb gətirilmələri təmin ediləcək”-deyə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib.

Vətəndaşlar qəbula yazılmaq üçün [email protected] elektron poçt ünvanı, habelə  aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Nazirliyin Aparatında  (012) 541 98 05,  

Rayonlar üzrə Əhalinin sosial müdafiəsi mərkəzlərində:

Qax – (024-25) 5-21-25; 5-21-23,

Oğuz – (024-21) 5-21-71; 5-35-06,

Qəbələ – (024-20) 5-21-02; 5-21-03; 5-41-03,

Şəki – (024-24) 4-76-41; 4-28-95; 4-38-10,

Balakən – (024-29) 5-21-19; 5-21-09; 5-11-59,  

Zaqatala – (024-22) 5-20-08; 5-53-74; 5-23-06.

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı