Modern.az

Gələn il Azərbaycanın bir neçə xarici ölkədə səfirliyi açılacaq - EKSKLÜZİV

Gələn il Azərbaycanın bir neçə xarici ölkədə səfirliyi açılacaq - EKSKLÜZİV

6 Noyabr 2013, 17:45

“2014-cü ildə Azərbaycanın xaricdə yeni diplomatik korpuslarının açılması haqqında qərarlar büdcədə nəzərdə tutulub”. Bu sözləri Modern.az-a açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. O, qeyd edib ki, Xarici İşlər Nazirliyinin təkliflərinə görə, Latın Amerikasında yeni təmsilçiliklər təsis olunacaq.

“Hansısa diplomatik nümayəndəliyin nəzdində, amma digər ölkələr üzrə məhdud saylı işçi heyəti fəaliyyət göstərəcək, təmsilçiliklər olacaq. Bunlara maliyyə ayrılması büdcədə nəzərdə tutulub. Eyni zamanda bir neçə ölkələrdə diplomatik korpusların açılması haqqında qərarlar var. Amma diplomatik nümayəndəliklər tam təsis edilməyib. Qərarlar var, buna uyğun olaraq da bizim vəsaitimiz var”.

 

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı