Rusiya prezidenti Vladimir Putin İbrahim Rəisinin ölümündən sonra İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Muxbərlə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər “hərtərəfli Rusiya-İran qarşılıqlı fəaliyyətinin daha da ardıcıl şəkildə gücləndirilməsinə dair qarşılıqlı öhdəlikləri” vurğuladılar.