Modern.az

Mübariz İbrahimov və Ömər Halisdemirin xatirəsinə həsr olunan futbol turniri - FOTOLAR

Mübariz İbrahimov və Ömər Halisdemirin xatirəsinə həsr olunan futbol turniri - FOTOLAR

Aktual

20 May 2024, 16:01

Bu gün 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı çərçivəsində Azərbaycanda təhsil alan 3500-ə yaxın Türkiyə Respublikası vətəndaşını təmsil edən Gənc MÜSİAD Azərbaycan təşkilatının dəstəyi, Azərbaycan Universitetləri Türk Tələbələr Dərnəyinin (AZTÜRKBİR) təşkilatçılığı ilə keçirilən Şəhid Mübariz İbrahimov və Şəhid Ömər Halisdemir adına universitetlərarası futbol turnirinin final oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, turnirin finalı həm Türkiyə, həm də Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən iki qəhrəman şəhidin xatirəsini yaşatmaq, gənclər arasında dostluq və qardaşlıq bağlarını möhkəmləndirmək məqsədilə təşkil olunub.

 

Turnirdəki komanda adları Qarabağın işğaldan azad edilmiş şəhərlərinin adları ilə adlandırılıb.

 

Builki turnirdə bir çox universitetlərin komandaları centlmenlər yarışında mübarizə aparıblar. Finala vəsiqə qazanan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Şuşa və Füzuli komandaları üz-üzə gəlib. Füzuli komandası turniri birinci yerdə başa vurub, ikinci yerə AZMİU-nun Füzuli adlı digər komandası, üçüncü yerə isə Azərbaycan Texniki Universitetinin (AzTu) Laçın komandası layiq görülüb.

 

Tədbirdə Türkiyə Səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan, MÜSİAD-ın Azərbaycan sədri Reşad Cabirli və Gənc MÜSİAD-ın Azərbaycan nümayəndəsi Akif Başoğlu da iştirak edib. Bu önəmli adların turnirdə olması həm Türkiyə, həm də Azərbaycan gəncləri üçün böyük mənəvi stimul olub.

 

Final görüşündən sonra ibirinci, ikinci və üçüncü yerlərin kuboku və medalları təqdim olunub. Mərasimə Azərbaycan və Türkiyədən bir çox önəmli şəxslər, eləcə də hər iki ölkədən tələbə klubları və idman həvəskarları qatılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı