Modern.az

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

Aktual

20 May 2024, 16:38

20 may  2024-cü il tarixdə Milli Məclisin inzibati binasında Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.

 

Modern.az xəbər verir ki, komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.

 

Müraciətlər əsasən, vətəndaşların müayinə və müalicəsi, ödənişsiz əməliyyatlar, əlillik və əmək pensiyaları ilə bağlı, ev və işlə təmin olunması, əfv məsələləri və digər sosial məsələlərlə bağlı olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı