Modern.az

Hidayət Heydərov dünya çempionu oldu 

Hidayət Heydərov dünya çempionu oldu 

İdman

20 May 2024, 19:59

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.

 

Modern.az xəbər verir ki, finalda Tatsuki İşiharanı (Yaponiya) ipponla üstələyən dördqat Avropa çempionu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Yarışın ikinci günü kişiərin yarışında mübarizəyə qoşulan Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq), qadınların mübarizəsində isə Acelya Toprak (57 kq) uğursuz çıxış edərək yarışı mükafatsız başa vurublar.

 

Qeyd edək ki, Azərbaycan tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa etdi