“Milli Şuranın son sessiyasında iştirak edə bilməmişəm. Ona görə də həmin sessiyada baş verənlərdən xəbərsizəm. Məncə, Milli Şuranın mitinqlər davamlı olacaq”. Bunu Modern.az-a açıqlamasında hüquq müdafiəçisi, Milli Şuranın üzvü Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, Milli Şura hazırda bələdiyyə, sonra da parlament seçkilərinə hazırlaşmalıdır.
N. Cəfəroğlu bundan sonra da Milli Şuradan istefaların olmayacağını düşünür: “Amma kim istəyir, gedə bilər. Milli Şuranı gücləndirmək bizdən asılıdır. Çalışmalıyıq ki, qurum daha güclü olsun”. N. Cəfəroğlu mətbuatda Milli Şuradakı Hüquq komissiyasına rəhbər təyin edilmək üçün onunla digər hüquq müdafiəçisi Leyla Yunus arasında rəqabət olduğu ilə bağlı yazılanlara da münasibət bildirib: “Heç kimlə rəqabət aparmıram. Mənim üçün Hüquq komissiyasının sədrinin kim olacağı əhəmiyyətsizdir. 20 ildir ki, hüquq müdafiəçisiyəm, hörmətim Azərbaycanda başqa bütün dünyada var. Leyla Yunusu seçirlərsə, buyursunlar. Mənim üçün əsas Milli Şuranın işləməsidir”.
İlkin