Modern.az

Daha bir cüdoçumuz mübarizəyə başlayır

Daha bir cüdoçumuz mübarizəyə başlayır

21 May 2024, 09:26

Bu gün Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

 

Modern.az xəbər verir ki, 81 kq çəki dərəcəsində Zelim Tçkayev tatamiyə çıxacaq.

 

25 yaşlı idmançı ilk raundda İtaliya təmsilçisi Antonio Espozitonun müqavimətini qırmağa çalışacaq.

 

Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Ötən gün Hidayət Heydərov (73 kq) dünya çempionu olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI