Azərbaycan futbol çempionatının II Liqasında 26-cı - sonuncu turun oyunları keçirilib.
Modern.az xəbər verir ki, II Liqanın son turunda ən maraqlı qarşılaşma 2-ci yerdə gedən “Füzuli” ilə 3-cü pillədə qərarlaşan “Cəbrayıl” klubları arasında olub.
Bakıdakı “Ask Arena”da keçirilən matçda "Füzuli"ni son dəqiqə qolu ilə məğlub edən "Cəbrayıl" mövsümü ikinci pillədə başa vurub və I Liqaya yüksəlmək üçün "pley-off" matçında iştirak etmək hüququ qazanıb.
"Qusar" - "Lerik" - 3:3
"Dinamo" - "Şəki Siti" - 5:1
"Kürmük Qax" - "Göygöl" - 4:3
"Şahdağ Qusar" - "Ağdaş" - 5:0
"Cəbrayıl" - "Füzuli" - 2:1
Beləliklə, “Bakı Sportinq” II Liqada 1-ci yeri tutaraq, I Liqaya birbaşa vəsiqə qazanıb. "Cəbrayıl" isə 2-ci pillənin sahibi kimi I Liqaya yüksəlmək üçün "pley-off "matçında oynayacaq.
"Cəbrayıl"ın baş məçqçisi Cavid Hüseynov prinsipial oyundan sonra deyib:
“‘’Cəbrayıl ‘’komandası daha bir tarixi uğura imza atdı. Bu münasibətlə ilk günlərdən bizə dəstək olan insanlara öz təşəkkürümü bildirirəm. Azarkeşlərimiz isə sadəcə olaraq möhtəşəm idi! Həqiqətən oyun boyu bir dəqiqə belə susmadılar və son ana qədər bizi dəstəklədilər. Sizə Qələbə çox yaraşır, Təbriklər!”.
Baş məşqçi futbolçularını da tərifləyib:
“Futbolçularımız əsl xarakter nümayiş etdirdilər, əhsən sizə uşaqlar! Çəkdiyimiz əziyyətin bəhrəsini görmək həm xoşdur, həm sevinclidir. Düzdür, çempionat boyu müxtəlif oyunlarda xallar itirməsəydik, bu günü çempion kimi də qeyd edə bilərdik. Lakin inanıram ki, səhvlərimizdən nəticə çıxarmaq gələcək yarışlarda daha yaxşı çıxış etməyimizə və komanda kimi daha tez böyüməyimizə kömək olacaq”.
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Baku Sportinq | 25 | 19 | 4 | 2 | 65-24 | 61 |
2 | Cəbrayıl | 26 | 19 | 1 | 6 | 77-37 | 58 |
3 | Şahdağ Qusar | 26 | 17 | 6 | 3 | 82-22 | 57 |
4 | Füzuli | 26 | 16 | 8 | 2 | 63-32 | 56 |
5 | Qusar | 26 | 15 | 4 | 7 | 61-35 | 49 |
6 | Kür-Araz | 25 | 12 | 2 | 11 | 58-46 | 38 |
7 | Sheki City | 26 | 10 | 5 | 11 | 44-46 | 35 |
8 | Göygöl | 26 | 10 | 2 | 14 | 45-57 | 32 |
9 | Dinamo | 26 | 8 | 3 | 15 | 49-74 | 27 |
10 | Ağdaş | 26 | 6 | 6 | 14 | 30-51 | 24 |
11 | Lerik | 26 | 6 | 5 | 15 | 38-60 | 23 |
12 | Şəmkir | 25 | 6 | 1 | 18 | 32-62 | 19 |
13 | Şəfa | 25 | 5 | 3 | 17 | 29-78 | 18 |
14 | Kürmük Qax | 26 | 5 | 2 | 19 | 31-80 | 17 |