Modern.az

Ukraynaya Rusiya bazalarını vurmağa kömək etməyin vaxtı çatıb - NULAND

Ukraynaya Rusiya bazalarını vurmağa kömək etməyin vaxtı çatıb - NULAND

Dünya

21 May 2024, 09:56

"Xarkov vilayətinə hücum ABŞ-ın Ukraynaya Rusiya bazalarına hücum etməkdə kömək etməyin vaxtının yetişdiyinə işarə idi".

 

Modern.az "Hill"ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müavini Viktoriya Nuland bildirib.

 

O, ABŞ silahlarının Rusiya daxilindəki hədəfləri atəşə tutmasına qadağanın ləğvi ilə bağlı geniş müzakirələr şəraitində Rusiya bazalarının Ukrayna üçün “ədalətli oyun” olduğunu deyib.

 

“Düşünürəm ki, bunun vaxtı çatıb, çünki Rusiya açıq-aşkar bu müharibəni "artırıb", o cümlədən Rusiyanın ikinci şəhəri Xarkova hücum edib”, - Nuland qeyd edib.

 

"Ona görə də mən hesab edirəm ki, ukraynalılara Rusiya daxilindəki bu bazaları vurmaqda daha çox kömək etməyin vaxtı çatıb", - o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama