Modern.az

Zelenskiyə yaxın ətrafı sui-qəsd edə bilər - Medvedev açıqladı

Zelenskiyə yaxın ətrafı sui-qəsd edə bilər - Medvedev açıqladı

Dünya

21 May 2024, 10:32

Ukraynada narazı dairələr 1944-cü ildə alman elitasının bir hissəsinin Adolf Hitlerə qarşı sui-qəsd cəhdinin ssenarisinə uyğun Vladimir Zelenskini öldürməyə cəhd edə bilər.

Modern.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. O deyib ki, Zelenski “operetta fiquru” ilə əvəz oluna bilər.

“Lakin bu, nə ukraynalılar, nə də bizim üçün heç nəyi dəyişməyəcək”, – deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini deyib:

Ukraynanın hazırkı prezidentinin səlahiyyətləri, Konstitusiyaya görə, mayın 21-i gecə başa çatır. Ölkədə seçkilər mart ayında keçirilməli idi, lakin mövcud hərbi vəziyyətə görə keçirilmədi.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama