Modern.az

“Qazaxda zəlzələ baş verməyib” - Seysmoloji Xidmət Mərkəzindən təkzib

“Qazaxda zəlzələ baş verməyib” - Seysmoloji Xidmət Mərkəzindən təkzib

7 Noyabr 2013, 10:42

“Dünən axşam Qazaxda zəlzələ baş verməsinə dair bu gün yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bunu Modern.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat katibi Vüsalə rafiqqızı bildirib:

”Bildiririk ki, dünən Qazax rayonunda hər hansı təkan qeydə alınmayıb. Qeyd edək ki. Qazax rayonu Ermənistanla həmsərhəd və cəbhə xəttinə yaxın ərazidir və oraya yaxın hansısa ərazidə mina partlayışı ola bilər. 
Həmçinin Qazax rayonun Daş Salahlı kəndi ərazisində bir sıra sənaye obyektləri yerləşdiyindən həmin müəssisələrdə aparılan işlərlə bağlı hansısa ərazidə müəyyən silkələnmələr ola bilər. Lakin bunun təbii proseslə heç bir bağlılığı yoxdur və rayon ərazisində hansısa təkanlar baş verməyib”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı