Modern.az

Parlamentdə Milli Koordinatorun hesabatı qəbul edildi - YENİLƏNİB

Parlamentdə Milli Koordinatorun hesabatı qəbul edildi - YENİLƏNİB

Aktual

21 May 2024, 12:39

Milli Məclis Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatını qəbul edib.

 

Modern.az xəbər verir ki, hesabat sənədi parlamentin bugünkü toplantısında səsverməyə çıxarılaraq təsdiqlənib.

 

***

11:13

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında 2023-cü il üzrə insan alverinə qarşı mübarizəyə dair məlumatı müzakirəyə çıxarılıb.
 

Modern.az xəbər verir ki, məlumatı Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edib.
 

Qeyd edilib ki, insan alverinə qarşı mübarizənin hüquqi müstəvidə həyata keçirilməsinə başlanıldığı 2004-cü ildən bugündək olan müddətdə əldə edilmiş müsbət nəticələrin davamlılığının təmin edilməsi qarşıda duran əsas məqsədlərdəndir.

Transmilli mütəşəkkil cinayətkar birləşmələrin müasir informasiya - kommunikasiya texnologiyalarından geniş istifadə etməsi baxımından bu sаhədə əməkdaşların peşə hazırlığının yüksəldilməsi, mütərəqqi beynəlxalq təcrübənin tətbiqi, fəaliyyətin təkmilləşdirilməsi, internet üzərindən törədilən cinayətlərin hərtərəfli və səmərəli araşdırılmasını təmin edən elektron informasiyanın toplanması sahəsində beynəlxalq əməkdaşlığın, xüsusən dövlətlərarası qarşılıqlı hüquqi və texniki yardımın genişləndirilməsi müəyyən olunmuş hədəflərdir. Hazırda bu istiqamətlərdə fəaliyyət planlı surətdə davam etdirilir.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU