Modern.az

Əsədin arvadı ağır xəstəliyə tutuldu

Əsədin arvadı ağır xəstəliyə tutuldu

Dünya

21 May 2024, 11:53

Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd ağır xəstəliyə tutulub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə başçısının dəftərxanası məlumat yayıb.

 

Belə ki, həkimlər Suriyanın birinci xanımına leykemiya diaqnozu qoyublar. Onun səhhəti ilə bağlı detallı məlumat verilməyib.

 

Qeyd edək ki, Bəşər Əsəd 2000-ci ildən Suriya prezidentidir. 2011-ci ildən ölkədə vətəndaş müharibəsi gedir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama