Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu yaxınlarda eks-prezident Robert Koçaryan və Daşnaksütun Partiyasının nümayəndələri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, bunu erməni teleqram kanalları mənbələrinə istinadən yazıb.
İddiaya görə, səfir ABŞ-da noyabr ayında keçiriləcək seçkilərdə Donald Trampın seçilməsi məsələsində onlardan dəstək istəyib.
"Səfirin sözlərinə görə, erməni təşkilatları ABŞ-da böyük nüfuza malikdir və uyğun namizədin lehinə çoxlu səs toplaya bilir, - məlumatda deyilir.
Hələlik belə bir görüşün keçirilib-keçirilməməsi və nələrin müzakirə olunması ilə bağlı heç bir rəsmi məlumat yoxdur.