Modern.az

\"Fəvvarələr meydanında şəkil çəkdirir, sonra deyir ki, mitinq keçirir\"

\

21 May 2024, 12:26

Vaxtilə işğal altında olan Qarabağ insan alverinin mənbəyi idi:


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.


"Amma  indi Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və bu gün orada genişmiqyaslı tikinti quruculuq işləri həyata keçirilir. Bu gün dünyada baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi insan alverinin artmasına səbəb olur və bu da istər-istəməz dolayısı ilə Azərbaycana da təsir göstərir. Hüquq-mühafizə orqanları da bu sahədə mühüm işlər görür.

 

Fəvvarələr meydanında camaatın olduğu yerdə şəkil çəkdirir, sonra deyir ki, orada mitinq keçirir. Guya mitinqdə də ona qarşı polis təyziqi olub. Əllərində belə şeyləri əsas tutaraq xarici ölkələrdən sığınacaq istəyirlər. Maşın alverçiləri, oğrular və digər işsiz şəxslər bu işlə məşğuldur. Bu da insan alverinin bir yoludur. Viza alıb, xaricə gedən kimi də başlayırlar, söyüşə, təhqirə. Bu kimi məsələlərə uyğun ciddi nəzarət olunmalıdır", - o qeyd edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu