Modern.az

Rəisinin ölümü İrandaxili siyasi mübarizənin nəticəsi ola bilər - İDDİA

Rəisinin ölümü İrandaxili siyasi mübarizənin nəticəsi ola bilər - İDDİA

21 May 2024, 12:46

İran prezidenti İbrahim Rəisinin ölümü ilə nəticələnən helikopter qəzası İslam Respublikasında hakimiyyət uğrunda gedən daxili siyasi mübarizənin nəticəsi ola bilər.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazıb.

Nəşrin yazısına görə, İranda ali lider Əli Xameneyinin qocalığı ilə əlaqədar hakimiyyət uğrunda mübarizə gedir.

“Rəisi bu vəzifəyə ən şanslı namizədlərdən biri idi, lakin Xameneyinin ətrafı dini liderin oğlu Müctəba Xameneyini öz varisi kimi görmək istəyir”, - “Hürriyet” yazıb.
 

Türkiyəli analitik Əbdülkadir Selvi iddia edir ki, helikopter qəzasının baş vermə səbəbilə bağlı başqa bir versiya Rəisinin Azərbaycanla yaxınlaşmanı müdafiə etməsi ilə bağlı ola bilər.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU