Modern.az

Gürcüstanın Seçki Məcəlləsi dəyişdirilir

Gürcüstanın Seçki Məcəlləsi dəyişdirilir

Dünya

21 May 2024, 12:50

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər olunacaq.

 

Modern.az xəbər verir ki, bununla əlaqədar hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyası yeni qanun layihəsi hazırlayıb.

 

Yeni layihəyə əsasən Mərkəzi Seçki Komissiyası (MSK) qərarları sadə səs çoxluğu ilə qəbul edə biləcək. MSK üzvlərinin 2/3 səs çoxluğu tələb edən qərarları qəbul olunmazsa, onlar dərhal yenidən səsverməyə çıxarılır və bu dəfə sadə səs çoxluğu ilə qəbul edilə bilər.

 

Bildirilir ki, bu dəyişikliyin əsas məqsədi MSK-nın işini məhdudlaşdırmaq istəyənlərə qarşı mexanizm yaratmaqdır.

 

Digər vacib dəyişiklikdə isə beynəlxalq və yerli ekspertlərdən, monitorinq təşkilatlarından ibarət “MSK-nın məsləhət qrupu”nun ləğvi edilməsi nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama