Modern.az

Macarıstan parlamentinin birinci vitse-spikeri Azərbaycana GƏLİR

Macarıstan parlamentinin birinci vitse-spikeri Azərbaycana GƏLİR

Aktual

21 May 2024, 13:58

Macarıstan parlamentinin birinci vitse-spikeri Marta Matray Azərbaycana səfər etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə "X" platformasında məlumat paylaşıb.

 

"Macarıstan Milli Assambleyasının birinci vitse-spikeri Marta Matrayın Azərbaycana səfərinə hazırlıq çərçivəsində onunla görüşmək və ikitərəfli əlaqələrin hazırkı səviyyəsini hərtərəfli müzakirə etmək mənim üçün şərəfdir", - deyə səfir qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj