Modern.az

Livan şirkəti işğal edilmiş Ağdamda turizm kompleksi açır - FOTOLAR

Livan şirkəti işğal edilmiş Ağdamda turizm kompleksi açır - FOTOLAR

7 Noyabr 2013, 12:53

Dağlıq Qarabağdakı separatçı rejim Ağdam rayonunda tarixi-mədəni abidələr kompleksinin inkişaf planı ilə bağlı xarici şirkətlə sənəd imzalayıb.

Modern.az bildirir ki, qondarma qurumun “turizm və tarixi abidələrin qorunması idarəsi” Livan Respublikasının “Menagement Mix” konslaltinq şirkəti ilə əməkdaşlıq memarandumu imzalayıb.

Müqaviləyə əsasən, şirkət ermənilərin Azərbaycanın işğal altındakı Ağdam şəhəri yaxınlığında guya, aşkarladığı və “Tiqranakert” adlandırdıqları tarixi-mədəni abidələr kompleksinin inkişaf planını hazırlayacaq.

“Menagement Mix” konsaltinq şirkətinin hazırladığı layihədə “Tiqranakert” kompleksinə nəqliyyat marşrutlarının yaradılması, turistlərin qalması üçün mehmanxanaın inşası və s. tədbirlər daxildir. “Menagement Mix” şirkətinin prezidenti, erməni əsilli Raffi Semercyan çıxışında deyib ki, “Tiqranakert”in inkişafı və turist axının başlanması ilə həm də Qarabağa böyük investisiyaların yatırılmasına şərait yaranacaq.

Xatırladaq ki, 2005-ci ildə arxeoloqlar tərəfindən Ağdam yaxınlığındakı Şahbulaq kəndində aşkar olunan tarixi kompleks qaladan, evlərdən və çoxsaylı müdafiə istehkamlarından ibarət kiçik şəhərdir və Qafqaz Albaniyası dövrünə aiddir. 2138 hektar ərazini əhatə edən kompleksdə erməni və xarici arxeoloqlar qazıntılar apararaq, əldə edilən nadir eksponatları erməni muzeylərinə təhvil verirlər. Separatçı rejimin rəsmi orqanları E.ə I əsrə aid olduğu ehtimal edilən tarixi kompleksi gün ərzində 70 turistin ziyarət etdiyini qeyd edirlər.








Vüqar İsmayılov    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı