Modern.az

Mirziyoyev İran səfirliyində olub, başsağlığı verib - FOTO

Mirziyoyev İran səfirliyində olub, başsağlığı verib - FOTO

Dünya

21 May 2024, 15:36

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İran İslam Respublikasının səfirliyində olub, prezident İbrahim Rəisinin və onu müşayiət edənlərin vəfatı ilə əlaqədar İran xalqına dərin hüznlə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

O, diplomatik nümayəndəlikdə açılan matəm kitabında qeydlər aparıb.

 

İranın Özbəkistandakı səfiri Məhəmmədəli İskəndəri ilə qısa söhbət zamanı Mirziyoyev "İbrahim Rəisinin dayanıqlı sosial-iqtisadi inkişafa, əhalinin rifahının yaxşılaşdırılmasına və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə böyük töhfə verən görkəmli dövlət və siyasət xadimi olduğunu" xüsusi qeyd edib.

 

Bir gün əvvəl Şavkat Mirziyoyev İranın Ali Ruhani Rəhbəri Ayətullah Əli Xameneiyə başsağlığı mesajı göndərib.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama