Modern.az

Azərbaycan aydınları ilə Türkiyə aydınları bir araya gəliblər - FOTOLAR

Azərbaycan aydınları ilə Türkiyə aydınları bir araya gəliblər - FOTOLAR

7 Noyabr 2013, 13:01

Azərbaycan Aydınlar Ocağının nümayəndə heyəti Türkiyə Respubilkasının Çanaqqala şəhərində keçirilən Aydınlar Ocaqlarının 39-cu konfransında iştirak edib.

Nümayəndə heyəti Türkiyə Aydınlar Ocağının sədri İbrahim Öztəklə birlikdə İstanbulda yerləşən tarixi yerləri - Bəylərbəyi Muzeyini, daha sonra 1453-cü ildə Sultan Mehmet Fatehin İstanbulu işğal etməsi münasibətilə yaradılmış Panora Tarixi Muzeyini ziyarət ediblər.

İstanbuldan sonra Çanaqqalaya səfər edən Azərbaycan Aydınlar Ocağının nümayəndələri Çanaqqalada Aydınlar Ocaqlarının 39-cu şura toplantısına qatılıblar.

Konfransda Türkiyənin tanınmış ziyalıları, professorları, müxtəlif universitetləri təmsil edən elm xadimləri və s. iştirak ediblər.

Toplantıda çıxış edən Azərbaycan Respubilkasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü,  Azərbaycan Aydınlar Ocağının sədri Vüqar Qədirov Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq müstəqil Azərbaycanın türk dünyası qarşısındakı xidmətlərindən, Bakı-Tbilisi-Ceyhan Neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən danışaraq, bu layihələrin 2 qardaş dövlətin inkişafında və gücləndirilməsində böyük rola malik olduğunu bildirib. V.Qədirov Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsini də şərh edib.
O, Azərbaycan dövlətinin inkişaf etməsindən, 9 oktyabr tarixli prezident seçkisində ədalətin gözlənildiyindən bəhs edib.

Konfransda Azərbaycan Aydınlar Ocağının üzvü, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Marifləndirmə ictimai birliyinin sədri Emin Həsənli Azərbaycan Ordusunun inkişafından söz açıb.

Üç gün çəkən Konfransda  Azərbaycan Aydınlar Ocağı, Aydınlar Ocaqları Şurası, Çanaqqala Aydınlar Ocağı  Kosava Aydınlar Ocağı tərəfindən diplomlarla təltif olunub.

Eyni zamanda Azərbaycan Aydınlar Ocağının sədri Vüqar Qədirov tərəfindən Aydınlar Ocaqları Şurası Genel Başkanı professor Mustafa Erkal, Anadolu Aydınlar Ocağının sədri professor İbrahim Öztek, Kazım Qarabəkir Paşanın qızı, Kazım Qarabəkir Paşa Mədəniyyət Mərkəzinin rəhbəri Timsal Qarabəkir Yıldıran, Çanaqqala Aydınlar Ocağının sədri Apdullah Sarıca və digər şəxslər fəxri diplom və hədiyələrlə təltif ediliblər.

Konfrans nümayəndələri Konfransın 2-ci günü Çanaqqala şəhidliklərini, şəhidlərin xatirəsinə həsr olunmuş muzey komplekslərini, abidələrini,  həmçinin türk torpaqlarının azadlığı uğrunda Çanaqqalada döyüşərək şəhid olmuş azərbaycanlıların əziz xatirəsinə qoyulmuş Xatirə lövhəsini ziyarət ediblər.

Konfransın 3-cü günü bütün Aydınlar Ocaqlarının diaspor şəklində birləşərək fəaliyyətinin əlaqələndirilməsi, Xocalı soyqırımının Türkiyə Böyük Millət Məclisi tərəfindən soyqırım kimi qəbul  olunması üçün məsələ qaldırılması  haqqında  qərar qəbul edilib.

Konfransın sonunda çıxış edən Vüqar Qədirovun təklifi ilə Ölkələrarası Aydınlar Ocaqlarının 40-cı Şura Toplantısının 2014-cü ilin may ayında Azərbaycanda keçirilməsi təklif olunub və  yekdillliklə qəbul edilib.

Konfransın  4 –cü günü isə Azərbaycan Aydınlar Ocağının nümayəndələri İstanbul şəhərində yerləşən  Kazım Qarabəkir Paşa Muzeyini və Kazım Qarabəkir Paşa Mədəniyyət evini ziyarət etdilər.






Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı