"Sahil" metrostansiyasında sərnişinlərdən biri ehtiyatsızlıqdan təhlükəsizlik açarına toxunub.
Bu barədə Modern.az-a açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, bu səbəbdən eskalator dayanıb.
"Metropolitenin tələblərinə uyğun olaraq birinci eskalatora mütləq baxış keçirilir. İkincisi idarəetmə panelində hər halda prolem olmadığı, təhlükəsizlik açarının işə düşdüyü göstərilib. Bu səbəbdə eskalator problemsiz qoşulub. Heç bir neqativ hadisə yaşanmayıb, xəsarət alanlar yoxdur. Problem cəmi bir dəqiqə çəkməyib".
***
17:02
Bakı Metropoliteninin "Sahil" stansiyasında eskalator xarab olub.
Bu barədə Modern.az-a sərnişinlər məlumat verib.
Məlumata görə, eskalator anidən dayanıb, buna görə sıxlıq yaranıb.
Hadisənin səbəbi məlum deyil.