Modern.az

6-cı sinif şagirdinin ölümü ilə bağlı rəsmi AÇIQLAMA 

6-cı sinif şagirdinin ölümü ilə bağlı rəsmi AÇIQLAMA 

21 May 2024, 19:55

TƏBİB Hacıqabulda 6-cı sinif şagirdinin ölməsi ilə bağlı açıqlama yayıb 

 

Qurumdan Modern.az-a verilən məlumata görə, 16.05.2024-cü il tarixində saat 20:31-də 2012-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəri və selikli qişalarda sianoz, təngnəfəslik, kaxektik, aqonal vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

 

"Daxil olarkən ilkin diaqnoz təxminən 8-9 ay əvvəl keçirtdiyi ensefalitdən sonrakı ağırlaşma, aspirasion pnevmoniya təyin edilib.

 

Bakı şəhərindəki tibb müəssisəsinə təxliyə zamanı təcili tibbi yardım avtomobilində həkimlərin səylərinə baxmayaraq, xəstənin ölümü qeydə alınıb", - deyə qurumdan bildirilib..

 

***

 

Hacıqabul şəhərinin F.Süleymanov adına 3 nömrəli tam orta məktəbinin Vl sinif şagirdi Aylin Səmədli dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Onun qızılcaya yoluxduqdan sonra səhhətinin pisləşdiyi və vəfat etdiyi bildirilir.

 

1349801

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı